Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Evdəki Quranı oxuya bilən adam yoxdursa...

Evdəki Quranı oxuya bilən adam yoxdursa...

Tarix: 11 Dekabr 2023 05:00

Qurani-Kərim Allah-Taala tərəfindən insanlara hidayət kitabı (bələdçi) olaraq göndərilmişdir. İnsanlar Qurani-Kərimi ardıcıl olaraq mütaliə etməli, onun göstərişlərini yerinə yetirməli, öz həyatlarını Quranın tövsiyələri əsasında qurmalıdırlar. Buna görə ayə və hədislərdə Quran oxumaq həddən artıq tövsiyə edilmişdir. Quran müqəddəs kitabdır, onun yazısına qeyri-pak vəziyyətdə toxunmaq olmaz. Müsəlmanlar Qurana hədsiz dərəcədə ehtiram bəsləyir, onu evdə ən hörmətli yerdə salamatlıq məqsədi ilə də saxlayırlar. Evində Qurani-Kərim olan şəxs yaxşı olar ki, onu vaxtaşırı olaraq açıb oxusun, əgər özü oxuya bilmirsə, bunu bacaran adamdan onu oxumağı xahiş etsin. Quranı oxuya bilməyən adam hətta vaxtaşırı olaraq paklığa riayət etməklə onu açıb vərəqləsə, bu zaman salavat və digər bildiyi duaları oxusa, müəyyən qədər savab qazanar. Lakin əlbəttə ki, Quran oxumağı öyrənmək və mənasını anlayaraq mütaliə etmək daha çox savaba malikdir. Quranı oxuya bilən birinə hədiyyə vermək də olar, amma evdə heç olmasa bir Quranın olması məsləhətdir.

Milli.Az


Etiketlər:  Evdəki Quranı oxuya bilən adam yoxdursa


RƏYLƏR