Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Vardan Oskanyan bir-birini əvəz edən gülünc açıqlamalar verir"

Tarix: 11 Dekabr 2023 12:03

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bir-birini əvəz edən gülünc açıqlamalar verir.

Milli.Az-ın məlumatına görə, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

"Daşnak və irqçi düşüncəli V.Oskanyan reallıqlardan tamamilə uzaq düşüb və özünün uydurduğu paralel dünyada gün keçirməklə məşğuldur.

Belə qeyri-ciddi adamın uzun müddət xarici işlər naziri olması Ermənistanın nə üçün uğursuz dövlət olmasını çox yaxşı izah edir.

V.Oskanyan da ATƏT-in sabiq Minsk Qrupu, Tomas de Vaal kimi artıq keçmişdir", - bəyanatda deyilir.

Milli.Az


Etiketlər:  Vardan Oskanyan bir birini əvəz edən gülünc açıqlamalar verir


RƏYLƏR