Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anasını öldürən gəncdən dəhşətli açıqlama - ''cin çıxardırdım'' - FOTOlar

Anasını öldürən gəncdən dəhşətli açıqlama  - ''cin çıxardırdım'' - FOTOlar

Tarix: 11 Dekabr 2023 20:48

İzmirdə narkotik istifadə etdiyi və psixoloji problemləri olduğu iddia edilən Barış Ç. anasına hücum edib.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmirdə anasını öldürən gənc anasının başına stol ilə vuraraq cini çıxardığını bildirib.

Hadisədən sonra Barış Ç. iş yerində mühafizə işləyən atası Həsən Ç.-nin yanına gedərək anasını öldürdüyünü bildirib. Oğlu ilə evə qayıdan Həsən Ç. vəziyyəti tibbi yardıma bildirib.

Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib. Fazile Ç.-nin dünyasını dəyişdiyi müəyyən edilib. Nəzarətə alınan Barış Ç. ifadəsində anasının otağına girən cini stolla başına vuraraq çıxardığını bildirib.

Bildirilib ki, Barış Ç. 6 ay əvvəl evlərində yanğın törətdiyi üçün saxlanılıb daha sonra sərbəst buraxılıb.


Etiketlər:  Anasını öldürən gəncdən dəhşətli açıqlama çıxardırdım FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ