Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hərəkətə keçməsək, nəticələr daha ağır olacaq - Ərdoğandan xəbərdarlıq

Hərəkətə keçməsək, nəticələr daha ağır olacaq - Ərdoğandan xəbərdarlıq

Tarix: 11 Dekabr 2023 22:20

Dünyada su mənbələri sürətlə azalır.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə üzrə 369 su obyektinin açılışı ilə bağlı keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bunun müxtəlif səbəbləri var.

"Əlbəttə, əhalinin artması da su qıtlığına təsir göstərir. Yağıntının miqdarında isə heç bir dəyişiklik olmur. İqlim dəyişikliyi ilə bağlı olaraq dünyada təbii fəlakətlərin də sayı artır. Fikir verirsinizsə, son vaxtlar yanğınların, zəlzələlərin, daşqınların sayı artıb", - deyə o, əlavə edib.

Türkiyə lideri qeyd edib ki, dünyanın nizamı pozulur:

"Əgər hərəkətə keçməsək, daha ağır nəticələrlə üzləşə bilərik. Sudan qənaətlə istifadə etmək lazımdır. Bu, seçim deyil, məcburiyyətdir".


Etiketlər:  Hərəkətə keçməsək nəticələr daha ağır olacaq Ərdoğandan xəbərdarlıq


RƏYLƏR