Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2023 00:26
Ukraynanı dəstəkləməyə davam etməliyik.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri İtaliya Baş naziri Giorgia Meloni deyib.
"İctimaiyyətdəki yorğunluğun fərqindəyəm. Amma geri addım atmaq yanlış olar. Bu münaqişənin həllinin əsas yolu Ukraynanın rəqabətədavamlı olmasına imkan verməkdir. Ukraynanın müqaviməti bizi müharibədən uzaqda saxlayır. Yəni, dəstəyi davam etdirmək doğru addımdır. Çünki beynəlxalq hüquq qaydalarının kobud şəkildə pozulmasına göz yumsaq böhran ssenariləri çoxalacaq", - deyə Meloni bildirib.