Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2023 07:26
Türkiyə Prezidenti Rəcəb Tayayib Ərdoğan ölkə çempionatında "Ankaragücü" - "Çaykur Rizespor" matçından sonra hakimin döyülməsi ilə bağlı məsələyə münasibət bildirib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə dövlət başçısı "X" hesabında paylaşım edib.
"Ankaragücü" - "Çaykur Rizespor" matçından sonra baş hakim Halil Umut Melərə edilən hücumu qınayır, ona tezliklə şəfa diləyirəm. İdman sülh və qardaşlıq deməkdir. İdman zorakılıqla bir araya sığmır. Türkiyə idmanında şiddətin olmasına heç vaxt icazə verməyəcəyik", - deyə Türkiyə lideri bidiriib.