Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Metroda tanqo sürprizi: “İçərişəhər” stansiyasında master klass olacaq

Metroda tanqo sürprizi: “İçərişəhər” stansiyasında master klass olacaq

Tarix: 7 Noyabr 2019 16:56

Bakı. Trend:

Noyabrın 8-də saat 17:00-da III Bakı Tanqo Festivalı çərçivəsində “İçərişəhər” stansiyasında Bakı sakinləri üçün tanqo şousu təşkil olunacaq.

"Bakı Metropoliteni" QSC-dən Trend-ə verilən məlumata görə, bu şou noyabrın 29-dan dekabrın 1-dək Bakı şəhərində Argentinanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq və “United Cultures” təşkilatının dəstəyi ilə keçiriləcək III Bakı Tanqo Festivalı çərçivəsində təşkil olunacaq.

Şounun gedişində Azərbaycanın peşəkar tanqo ifaçıları tanqoyla yaxından maraqlanan sərnişin və tamaşaçılar üçün master klasslar da təşkil edəcəklər.

Tanqo həvəskarı olan şəhərimizin sakinləri və qonaqları “İçərişəhər” stansiyasına dəvətlidirlər.


Etiketlər:  Metroda tanqo sürprizi İçərişəhər stansiyasında master klass olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ