Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2025-ci ildə Togg-un sedan modelinin istehsalına başlanacaq - Kacır

2025-ci ildə Togg-un sedan modelinin istehsalına başlanacaq - Kacır

Tarix: 13 Dekabr 2023 15:30

Togg-un sedan modelinin istehsalına 2025-ci ildə başlanacaq.

Milli.Az TurkicWorld-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır məlumat verib.

Onun sözlərinə görə, Togg 2024-cü ilin sonunda sedan modelini ictimaiyyətə təqdim edəcək.

"Hazırda Türkiyədə 15 mindən çox "Togg" markalı avtomobil istifadə olunur. 20 min avtomobil bu ilin sonuna kimi öz sahiblərinə təhvil veriləcək. 2025-ci ildən etibarən "Togg" markalı avtomobillər Avropaya ixrac edilməyə və eyni il içində sedan model avtomobillərinində istehsalına başlayacaq," - deyə nazir qeyd edib.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

TOGG satışa başladıqdan sonra dörd ay ərzində bütün elektrikli avtomobil bazarında ən çox satılan marka və model kateqoriyası üzrə liderə çevrilib.

Milli.Az


Etiketlər:  2025 ci ildə Togg un sedan modelinin istehsalına başlanacaq Kacır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ