Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2023 14:50
Polşada parlament dəhlizində Hanukki şamlarını söndürən Seym deputatı Qrzeqorz Braun üçün ianə toplanması elan edilib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, insident çərşənbə axşamı Donald Tusk hökumətinə etimadsızlıq səsverməsindən az əvvəl baş verib.
Qrzeqorz Braun parlament binasında olarkən Hanukka şamlarını yanğınsöndürən balonu ilə söndürüb və bu şamların yandırılmasını "şeytani" adlandırıb.
Bundan əvvəl parlamentin spikeri Şimon Holovnia Braunu Seym iclaslarında iştirakdan uzaqlaşdırıb. Daha sonra o, üç aylıq deputat maaşının yarısı qədər cərimələnib və altı ay müddətinə deputatlıq müavinətindən tamamilə məhrum edilib.
Bu hadisələrdən sonra internetdə Braun üçün pul yığımı elan edilib. Təşkilatçılar 90 gün ərzində 50 min zlotiyə yaxın pul yığmağı planlaşdırsalar da, cəmi bir neçə saat ərzində 73 163 zloti toplanıb.