Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yumurta qabığı faydalıdırsa, həkimlər niyə tövsiyə etmir?

Yumurta qabığı faydalıdırsa, həkimlər niyə tövsiyə etmir?

Tarix: 14 Dekabr 2023 22:57

Yumurta qabığı faydalıdırmı? Bəli, yumurta qabığı ən ucuz başa gələn kalsium mənbəyidir. 1 qram qabıqda 400 mq kalsium var, bu miqdar, orta yaşlı uşağın gündəlik tələbatı üçün yetərlidir. Faydalı olsa da, bir sıra səbəblərdən tövsiyə olunmur.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri uşaq endokrinoloqu Dr. Nabat Ağayeva-Əlibəyova deyib. Həkim qeyd edib ki, ev şəraitində yumurta qabığını qurudaraq üyütmək və istifadə etmək təhlükəlidir.

"Qabıq infeksiya mənbəyidir. Qida kimi qəbul etmək üçün sterilizasiya və dezinfeksiya olunmalıdır. Tam təhlükəsiz hala gətirmək üçün ev mətbəxlərində uyğun şərait olmur. Toyuqların etibarlı qida mənbələri ilə bəsləndiyindən əmin olmaq lazımdır. Doza nəzərə alınmadan istifadə olunduğu üçün qanda kalsium yüksəkliyinə və böyrək daşlarına səbəb ola bilər. ÜST ev şəraitində sterilləşdirmə üçün bəzi tövsiyələr versə də, aparıcı cəmiyyətlərin uşaqlara kalsium mənbəyi kimi yumurta qabığı verilməsi barədə tövsiyələri yoxdur", - endokrinoloq vurğulayıb.

Milli.Az


Etiketlər:  Yumurta qabığı faydalıdırsa həkimlər niyə tövsiyə etmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ