Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2019 20:09
Bakı. Trend:
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının iştirakı ilə "Göyçay Nar İstehsalçıları” İstehsal Kooperativi yaradılıb.
Assosiasiyadan Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Avropa İttifaqı tərəfindən birgə həyata keçirilən “Azərbaycan Respublikasında kənd yerləri və regional inkişafa dəstək proqramı (KYRİD)” çərçivəsində Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) iştirakı ilə Göyçay rayonunda "Göyçay Nar İstehsalçıları” İstehsal Kooperativinin yaradılması üzrə təsis yığıncağı keçirilib.
Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) keçirilən tədbirdə İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA), “Aqrar Tədarük və Təchizat” ASC və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri, Avropa İttifaqının maliyyələşdirdiyi KYRİD proqramının mütəxəssisləri, kooperativ üzvləri, fermerlər və kənd sakinləri iştirak edib.
Tədbir iştirakçıları kooperativləşmənin aqrar sahənin inkişafında rolu, koopertivləşmənin məhsul satışında fermerlər üçün yaratdığı üstünlüklər, dövlət qurumları tərəfindən kooperativlərə veriləcək dəstək haqqında fermerlərə ərtaflı məlumat verdilər. Qeyd olundu ki, kooperativlərin təsis olunması fermerlərin üzləşdiyi çətinliklərin asanlıqla həllinə, onların işini daha effektiv qurmasına, xərclərinin azalmasına imkan verir.
KYRİD layihəsinin mütəxəssisləri Elməddin Namazov və Elçin Atababayev isə layihənin məqsədlərinə toxunaraq, layihə tərəfindən aparılmış tədqiqatların nəticələrinə istinad edib kooperativləşmənin vacib olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Daha sonra "Göyçay Nar İstehsalçıları” İstehsal Kooperativnin Təsis Protokolu imzalanıb və kooperativ üzvləri rəsmi qeydiyyatdan keçməklə bağlı qərar qəbul ediblər. ANİİA-nın üzvü və mütəxəssisi, alim-aqronom Hacıyev Zaur Vahib oğlunu yekdilliklə "Göyçay Nar İstehsalçıları” İstehsal Kooperativnin sədri seçilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin