Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2023 23:38
Qəzza zolağında döyüş zamanı İsrail əsgərləri səhvən üç israilli girovu təhlükə olaraq qəbul edib, onlara atəş açaraq öldürüblər.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Şucayidə gedən döyüş zamanı İsrail hərbçiləri səhvən üç israilli girovu təhlükə kimi qəbul edib. Nəticədə hərbçilər onlara atəş açıb və onlar öldürülüb. Dərhal insidentlə bağlı araşdırma başladılıb", - məlumatda deyilir.