Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ÜST Moskva ofisini niyə bağlayıb?

ÜST Moskva ofisini niyə bağlayıb?

Tarix: 16 Dekabr 2023 08:34

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Moskvada qeyri-infeksion xəstəliklərin qarşısının alınması üzrə nəzarət ofisi bağlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

Qebreyesus ofisin bağlanması barədə qərarın ÜST-yə üzv ölkələr tərəfindən verildiyini vurğulayıb.

Baş direktor ofisin bağlanmasını bu mərkəzin normal fəaliyyət göstərə bilməməsi ilə izah edib.

"Moskvada qeyri-infeksion xəstəliklərin qarşısının alınması ofisinin bağlanması qərarını üzv ölkələr qəbul edib. Təbii ki, onların belə mandatı var. Qərarı onlar veriblər və biz də katiblik olaraq bunu dəstəkləmişik", -deyə baş direktor bildirib.

Milli.Az


Etiketlər:  ÜST Moskva ofisini niyə bağlayıb


RƏYLƏR