Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Britaniyanın Ekvadordakı fəxri konsulu qaçırılıb

Britaniyanın Ekvadordakı fəxri konsulu qaçırılıb

Tarix: 17 Dekabr 2023 00:16

Böyük Britaniyanın Ekvadordakı fəxri konsulu və tanınmış iş adamı Kolin Armstronq qaçırılıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "El Universo" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə şənbə günü səhər tezdən Los Rios əyalətində baş verib.

Öz növbəsində Ekvador polisi "X" sosial şəbəkəsindəki səhifəsində bildirib ki, sübh tezdən Los Riosda iş adamına qarşı törədilmiş cinayətlə əlaqədar ölkə polisinin ixtisaslaşmış bölmələri istintaq-əməliyyat tədbirləri həyata keçirir.

Yerli mətbuatın məlumatına görə, konsulla birlikdə onun həyat yoldaşı da qaçırılıb.

Milli.Az


Etiketlər:  Britaniyanın Ekvadordakı fəxri konsulu qaçırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ