Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2019 09:56
Bakı. Trend:
"Toyota Motor" şirkəti Rusiyada 1,1 mindən çox "Land Cruiser Prado" avtomobilini geri çağırıb.
Trend-in məlumatına görə, bu qərar avtomobillərdə yüksək təzyiqli yanacaq nasosunu rampa ilə birləşdirən borunun düzgün quraşdırılmaması ilə bağlıdır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, bu qüsur nəticəsində yanacaq sızması və mühərrikin işinin dayanması qeydə alına bilər.
Geri çağırılma 2018-ci ilin martından 2019-cu ilin aprelinədək Rusiyada satılmış dizel mühərrikli modellərə şamil olunur.
Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin