Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2023 22:22
Birləşmiş Ştatlarda hərbi xidmətdə olan hərbçilərin ümumi sayı 2024-cü ildə 1,28 milyon nəfərə düşəcək ki, bu da hərbi xidmətə qəbul probleminə görə 80 ildən çox müddətdə ən aşağı səviyyədir.
Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, 2023-cü ildə quru qüvvələrində, donanmada və hava qüvvələrində 41 min nəfərlik çatışmazlıq meydana gəlib.
Bildirilir ki, 1997-ci ildən sonra doğulanların hakimiyyət qurumlarına inamı aşağıdır və bu nəslin getdikcə daha az nümayəndəsi mülki karyera yüksəlişi yolu ilə gedir.
İyirmi il əvvəl gənclərin 25%-i hərbi xidmətə qoşulmağı düşünmürdüsə, hazırda bu rəqəm 50%-i keçib.