Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İclasa qumbara atan deputat həbs edildi

İclasa qumbara atan deputat həbs edildi

Tarix: 18 Dekabr 2023 00:24

Zakarpatya vilayətinin məhkəməsi dekabrın 15-də Keretskovski kənd şurasının iclası zamanı üç qumbara partladan yerli deputat Sergey Batrinin barəsində həbs qətimkan tədbiri seçib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ujqorod Rayon Məhkəməsinin internet səhifəsində məlumat yayılıb.

"Keretskov kənd sovetinin hazırkı deputatı olan 54 yaşlı Ukrayna vətəndaşı barəsində girov imkanı olmadan həbs qətimkan tədbiri seçilib", - deyə bildirilib.

Məhkəmə qeyd edib ki, deputat və vəkilləri prokurorun şübhəlinin həbs olunması ilə bağlı vəsatətinə etiraz etməyiblər.

Qeyd edək ki, dekabrın 15-də adıçəkilən deputat Kereçkov kənd şurasının iclasının keçirildiyi zala daxil olaraq özü ilə gətirdi 3 qumbaranı partladıb.

Hadisə nəticəsində deputat da daxil olmaqla, 26 nəfər yaralanıb.

Milli.Az


Etiketlər:  İclasa qumbara atan deputat həbs edildi


RƏYLƏR