Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2019 12:00
Bakı. Rufiz Hafizoğlu - Trend:
Ankara-Bakı-Moskva Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu üzrə yükdaşımaların inkişafını nəzərdə tutan üçtərəfli birgə memorandum imzalayacaq.
Bu barədə Trend-ə özəl olaraq Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.
Nazirlikdən əlavə ediblər ki, memorandumun imzalanması bu gün Ankarada baş tutacaq. İmzalanma mərasimində 3 ölkənin dəmir yolu idarəsi rəsmilərinin iştirak edəcəyi bildirilir.
Xatırladaq ki, 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olub.
İlkin mərhələdə Bakı-Tbilisi-Qars dəmiryolu ilə yükdaşımanın həcmi 6,5 milyon ton yük səviyyəsində olacaq, həmçinin 1 milyonadək sərnişin daşınacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin