Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə matçda xaos: 5 qırmızı vərəqə...

Türkiyədə matçda xaos: 5 qırmızı vərəqə...

Tarix: 20 Dekabr 2023 23:30

Türkiyədə "Bursaspor" - "Diyarbəkirspor" matçında kütləvi dava baş verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, oyunda qonaq komandadan Bünyamin Yürürün vurduğu qoldan sonra azarkeşlərə ünvanladığı hərəkət meydanda xaosa səbəb olub.

Hər iki komandanın futbolçuları arasında kütləvi dava başlayıb. Nəticədə beş futbolçu qırmızı vərəqə alıb - Çağatay Yılmaz (Bursaspor), Bilal Güney (Bursaspor), Serhat Enes Çalışan (Diyarbəkirspor), Cem Çelik (Diyarbəkirspor), Bünyamin Yürür (Diyarbəkirspor).

Meydana daxil olan azarkeş isə saxlanılıb.

Milli.Az


Etiketlər:  Türkiyədə matçda xaos 5 qırmızı vərəqə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ