Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2023 04:27
Tədqiqatçıların insan gözyaşlarında başqalarında aqressiyanı azaldan maddə aşkar ediblər.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, araşdırma "Plos Biology" nəşrində dərc edilib.
Onların nəzəriyyəsinə görə, gözyaşları ağlayan körpələri aqressiyadan qorumaq üçün təkamülə uğrayıb.
Testlərə əsasən, qadınların gözyaşlarında olan molekullar kişilərdə aqressiyanı 40%-dən çox azaldıb və beyində müvafiq dəyişikliklərə səbəb olub. Alimlər hesab edirlər ki, bütün insanların göz yaşları bu xüsusiyyətə malikdir.
Sobel laboratoriyasında aparılan araşdırma qadınların gözyaşlarında olan molekulların kişilərdə testosteron səviyyəsini aşağı saldığını göstərmişdi, lakin bunun davranışa təsir edib-etmədiyi bəlli deyildi.
Doktor Şani Aqron və digər əməkdaşlar Sobel laboratoriyasında ən son araşdırmaları üçün kədərli filmlərə baxarkən qadınların üzlərindən axan göz yaşlarını toplayıblar.
Təcrübələrdə iştirak edən 31 kişi fizioloji məhlulu və ya qadın göz yaşlarını qoxulayıblar. Daha sonra kişilər psixologiyada haqsız yerə oyunçuların xallarını çıxarmaqla onları aqressiv davranışa sövq etmək üçün istifadə olunan kompüterləşdirilmiş oyunda iştirak ediblər.
Kişilər fizioloji məhlul deyil, qadınların gözyaşlarını qoxulayarkən qisas alma şəklində aqressiv davranış 43,7% daha aşağı olub.