Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əri ilə birlikdə şirkət qurdu

Əri ilə birlikdə şirkət qurdu

Tarix: 25 Dekabr 2023 03:45

Aktrisa Neslihan Atagül həyat yoldaşı Kadir Doğulu ilə birlikdə prodüserlik şirkəti qurub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Neslihan Atagül ötən gün Leventdəki heyvan klinikasından çıxarkən kameralara tuş gəlib. Keçən ay Abu Dabidə keçirilən 2023 Formula 1 Qran Prisinə gedən Atagül bu yarışı sevdiyini və maraqla izlədiyini qeyd edib. Yeni ildən gözləntilərini sıralayan Atagül hər kəsə sağlamlıq arzulayıb: "Bolluq və bərəkət gözləyirəm. Dünyada sülh və sevgi gözləyirəm".

Əri Kadir Doğulunun baş rolda oynadığı və Alim Yapım adına Kazteleproduct ilə birgə prodüserlik etdiyi "Mitat" filmindən danışan aktrisa bunları deyib:

"Mitatı Kadir canlandırırdı. Prodüserliyini biz etdik. Bir az ingilis qara yumorunu xatırladır, indi rəqəmsal platformalarda yayımlanır. Prodüserliyi sevdim. Bu mənim uşaqlıqdan özümə verdiyim söz idi. Bu, mənə böyük bir perspektiv qazandırdı.

Növbəti mövsümdə məni ekranlarda görəcəksiniz. Sırf prodüserliyə başladıq deyə aktyorluqdan vaz keçməyəcəyəm. Açığı son vaxtlarda məni sevindirən heç bir iş olmadı. İşləmək xatirinə işləmək istəmirdim. Bu həm qarşı tərəfə, həm də özümə hörmətsizlik olardı. Ona görə də bu yolla özümü təkmilləşdirməyə çalışıram", - məşhur bildirib.

Milli.Az


Etiketlər:  Əri ilə birlikdə şirkət qurdu


RƏYLƏR