Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2023 09:15
Xalq artisti Mələkxanım Eyubovanın oğlu sosial media marketinq mütəxəssisi (smm) Cəfər Nəcəfovun səhhətində problem yaranıb.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu haqda sənətkarın övladı sosial şəbəkə hesabında məlumat yayıb.
Cəfər bildirib ki, böyrəyində kəskin ağrılar baş qaldırıb:
"Yenə böyrək daşı ağrısı. Deyərdim ən dözülməz ağrılardandır"
Qeyd edək ki, aylar əvvəl Mələkxanımın gəlini Səadətin (Cəfərin həyat yoldaşı) səhhəti gözlənilmədən ağırlaşıb. Böyrək çatışmazlığından əziyyət çəkən Səadət bir müddət xəstəxanada qalaraq müalicə olunub.