Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fatih Terimin tarixi kluba təyinatı rezonans yaratdı

Fatih Terimin tarixi kluba təyinatı rezonans yaratdı

Tarix: 27 Dekabr 2023 15:04

Türkiyəli məşqçi Fatih Terimin "Panatinaikos"la anlaşması Yunanıstanda böyük əks-səda yaradıb.

Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, Yunanıstan mediası qərarın məntiqli olmadığını, lakin Fatih Terimin nüfuzlu məşqçi olduğunu bildiriblər. "Panatinaikos"un 34 xalla liqada ikinci olduğuna diqqət çəkən yerli media yazır ki, klub çempion olsa Fatih Terimin türk olduğuna əhəmiyyət verilməyəcək.

"Rəhbərliyin qərarı məntiqli deyil, amma Terim böyük məşqçidir. Hər məşqçi kimi, o da komandada gördüyü işlərlə qiymətləndiriləcək. Çempion olsa, hər şey unudulacaq. Qalib olmasa, ilə damğa vurdu deyəcəyik." - yerli mediada yazıb.

Qeyd edək ki, "Panatinaikos" baş məşqçi postuna Fatih Terimin təyin edildiyini bəyan edib. Klubdan verilən açıqlamada "Xoş gəldin İmperator Fatih Terim" sözləri işlədilib. Fatih Terim isə klubun sosial mediadakı paylaşımına "Salam Panathinaikos" deyə münasibət bildirib.


Etiketlər:  Fatih Terimin tarixi kluba təyinatı rezonans yaratdı


RƏYLƏR