Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" Medinanın yerinə 1,2 milyonluq transfer edir?

Tarix: 27 Dekabr 2023 23:38

"Qarabağ" uzun müddətə sıradan çıxan futbolçusu Kevin Medinanın əvəzedicisini tapıb.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, offsideplus.az-ın əldə etdiyi məlumata əsasən, Ağdam təmsilçisinə Gürcüstan millisi və hazırda APOEL (Nikosia) formasını geyinən Laşa Dvali təklif olunub.

28 yaşlı mərkəz müdafiəçisini bəyənən klub qarşı tərəfə rəsmi təklif göndərib və hazırda cavab gözlənilir.

Futbolçunun "Transfermarkt"də dəyəri 1,2 milyon manat (600 000 avro) civarındadır.

Dvali karyerası ərzində "Ferentsvaroş", "Kasımpaşa" klublarında çıxış edib.

Milli.Az


Etiketlər:  Qarabağ Medinanın yerinə 12 milyonluq transfer edir


RƏYLƏR