Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qərb dövlətləri Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır” - Lavrov

“Qərb dövlətləri Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır” - Lavrov

Tarix: 28 Dekabr 2023 08:36

"Qərb dövlətləri Ermənistana və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır, onların vəzifəsi Moskvanı sıxışdırıb çıxarmaqdır".

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunları üzrə TASS-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan hazırda bir sıra çağırışla üz-üzədir:

"Üstəlik, Qərb oyunçularının köməyi ilə onları dayandırmaq mümkün olmayacaq. ABŞ və Aİ Rusiyadan fərqli olaraq respublikaya və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır.

Onların vəzifəsi tamam başqadır - Moskvanı və digər regional gücləri bölgədə sıxışdırmaq, Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik ocağı yaratmaq. Bu çətin vəziyyətdən çıxış yolu göz qabağındadır - İrəvan, Bakı və Moskvanın üçtərəfli sazişlərini ən yüksək səviyyədə həyata keçirməkdir".

Milli.Az


Etiketlər:  Qərb dövlətləri Cənubi Qafqaza sülh sabitlik gətirməyə çalışmır Lavrov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ