Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suraxanıda avtomobil yolları əsaslı təmir olunacaq

Suraxanıda avtomobil yolları əsaslı təmir olunacaq

Tarix: 28 Dekabr 2023 13:54

Prezident İlham Əliyev Suraxanı rayonununda avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur və Əmircan qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə dövlət büdcəsindən 600,0 (altı yüz) min manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə qeyd olunan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Etiketlər:  Suraxanıda avtomobil yolları əsaslı təmir olunacaq


RƏYLƏR