Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2023 13:58
Ukrayna Baş naziri Denis Şmıqal 2024-cü il büdcəsi ilə bağlı fövqəladə yüksək qeyri-müəyyənlik elan edib. O, müttəfiqlərlə təcili görüş tələb edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Blumberq" məlumat yayıb.
Məlumata görə, Şmıqal Ukraynaya vəsaitin ayrılmasına nəzarət edən G7 ölkələrinin nümayəndələrinin koordinasiya qrupuna müvafiq məktub göndərib.
"Maliyyəyə gələn ay ehtiyac var və Ukraynanın təcili büdcə ehtiyaclarına yönəldilməlidir. Bu, hökumətin işini saxlamaq, müəllimlərə, dövlət qulluqçularına maaş vermək, habelə pensiya ödəmək deməkdir", - məktubda qeyd olunub.
Şmıqal donorların təcili növbədənkənar görüş keçirməli olduqlarını bildirib.