Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ermənilər satqın, düşmən...” – Rusiyalı diplomat

“Ermənilər satqın, düşmən...” – Rusiyalı diplomat

Tarix: 29 Dekabr 2023 19:40

Ermənistan-Rusiya münasibətlərindəki hazırkı vəziyyət güclü emosional fonla xarakterizə olunur.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "Sputnik Ermənistan" radiosunun bu ölkədə bağlanmasını şərh edərkən deyib.

Diplomat vurğulayıb ki, emosional partlayışlara ayrı-ayrı şəxslərin bəyanatları da, ikitərəfli münasibətlərin bərpasına töhfə verməyən şəxsi qiymətləndirmələr də səbəb ola bilər.

Kopırkin əlavə edib ki, iki ölkə arasında münasibətlərə kənardan (Qərbi nəzərdə tutur - red.) əlavə fəsadlar gətirmək cəhdləri də diqqətdən kənarda qalmamalıdır.

Səfir Rusiya telekanallarında Ermənistan və ermənilərin təhqir olunmasına da diqqət çəkib. Onun sözlərinə görə, bu mənbələrdə müəyyən şəxslər erməniləri "satqın və düşmən" adlandırırlar.

Kopırkin bildirib ki, telekanallarda belə fikirlər yer alsa da, Rusiya prezidenti və digər yüksək vəzifəli rəsmilər bu cür sözlər işlətməyiblər.

Diplomat qeyd edib ki, 2023-cü il Ermənistan-Rusiya münasibətləri üçün asan il olmayıb, çətin durum indi də davam edir:

"Söhbət pis münasibətlərdən, anlaşılmazlıqdan gedirsə, bunların hamısı çox qeyri-adi və anlamsızdır".


Etiketlər:  Ermənilər satqın düşmən Rusiyalı diplomat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ