Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Benzema Səudiyyə Ərəbistanı klubunun düşərgəsini tərk edib

Benzema Səudiyyə Ərəbistanı klubunun düşərgəsini tərk edib

Tarix: 30 Dekabr 2023 19:14

Kərim Benzema Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasının son iki məşqini buraxıb.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu bu gün "Əl-Tai" ilə çempionat oyununda meydana çıxmayacaq.

Fransalı forvard "Əl-İttihad"in məskunlaşdığı Ciddə şəhərini də tərk edib. Onun niyə bu addımı atdığı açıqlanmayıb. Benzemanın klub rəhbərliyi ilə münaqişə yaşaya biləcəyi vurğulanıb.

Qeyd edək ki, futbolçu "Əl-Nəsr"ə 2:5 hesablı məğlubiyyətdən sonra sosial şəbəkə hesabını silib.


Etiketlər:  Benzema Səudiyyə Ərəbistanı klubunun düşərgəsini tərk edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ