Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bojoviç - “Neftçi” danışıqları ilə bağlı detallar açıqlandı

Bojoviç - “Neftçi” danışıqları ilə bağlı detallar açıqlandı

Tarix: 30 Dekabr 2023 20:14

Futbol agenti Srcan Yeremiç  Miodraq Bojoviçin baş məşqçi təyin olunduğu "Neftçi" ilə danışıqlarının detallarını açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, Bakı təmsilçisi ilə danışıqların çox sürətlə getdiyini bildirib: "Klub Miodraqla maraqlandı və iki gün ərzində hər şey həll olundu.

O, bir il yarımlıq müqavilə imzalayıb". 

Yeremiç mütəxəssisin Rusiyadan təklifləri olub-olmadığı ilə bağlı söyləyib:  "Bojoviç bu ölkəyə çox isti münasibət bəsləyir. Lakin onun üçün maraqlı olacaq konkret variantlar yox idi. Miodraq gələcəkdə Rusiyadan göndərilən təkliflərə həmişə açıq olacaq".

Qeyd edək ki, Miodraq Bojoviçin "Neftçi"yə təyinatı dekabrın 24-də rəsmiləşib. O, bu vəzifədə rumıniyalı Adrian Mutunu əvəzləyib.

Milli.Az


Etiketlər:  Bojoviç Neftçi danışıqları ilə bağlı detallar açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ