Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2023 02:36
"İnter" futbolçusu Federiko Dimarko ilə müqaviləsini uzadıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı müdafiəçinin yeni sözləşməsi 2027-ci ilə qədər nəzərdə tutulub.
Daha əvvəl onun yeni sözləşməyə əsasən, illik 4 milyon avro maaş alacağı bildirilirdi.
Xatırladaq ki, Dimarko "İnter"in yetirməsidir. O, 2014-cü ildə Milan təmsilçisinin əsas komandasında debüt edib. Bu müddətdə Federiko bütün turnirlərdə 119 matçda iştirak edib, 11 qol vurub, 20 qolun ötürməsini verib. Onun əvvəlki müqaviləsi 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalına görə, Dimarkonun transfer dəyəri 50 milyon avrodur.