Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2024 14:34
Gilan əyalətinin İran parlamentindəki nümayəndəsi Həsən Məhəmmədyari Azərbaycan sərhədini pozub.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, bu, dekabrın 30-da İran və Azərbaycan arasında Astarada yeni sərhəd keçid məntəqəsinin açılışı mərasimi zamanı baş verib.
Protokolları pozaraq sərhəd zolağından keçən millət vəkilinin Azərbaycan sərhədçiləri tərəfindən geri qaytarıldığı bildirilib.