Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2024 23:48
Xərçəngin yayılmasının ölkələr üzrə reytinqi Ümumdünya Səhiyyə Təşkilatının Qlobal təşəbbüsünün məlumatlarına əsaslanır.
Mütəxəssislər araşdırma çərçivəsində hansı ölkələrin xərçəngdən daha çox əziyyət çəkdiyini müəyyən ediblər.
Sonxeber.net lent.az-a istinadla xəbərinə görə, bu reytinq Ümumdünya Səhiyyə Təşkilatının Qlobal xərçəng reyestr təşəbbüsünün məlumatlarına əsaslanır. Onu tərtib edərkən ölkələr üzrə xərçəngin səviyyəsini, xüsusən də hər 100 min nəfərə düşən xərçəng xəstəliklərinin sayı nəzərə alınıb.
Xərçəngin ən çox yayıldığı ilk 10 ölkə:
1. Danimarka: 335
2. İrlandiya: 326
3. Belçika: 322
4. Macarıstan: 321
5. Fransa: 320
6. Hollandiya: 315
7. Avstraliya: 312
8. Norveç: 312
9. Sloveniya: 300
10. ABŞ: 297
Bundan əlavə, ekspertlər aşağıdakı ölkələri qeyd ediblər: Böyük Britaniya: 296; Serbiya: 291; Kanada: 287; Xorvatiya: 284; Yaponiya: 282; Almaniya: 281; İtaliya: 278; İsveç: 271; İsveçrə: 268; İspaniya: 264; Uruqvay: 257; Portuqaliya: 255; Cənubi Koreya: 239; Sinqapur: 229; Türkiyə: 225; Ukrayna: 206; Çin: 203; Tailand: 161; Vyetnam: 158; Keniya: 147; İndoneziya: 138; Əlcəzair: 132; Tanzaniya: 131; Küveyt: 115; Nigeriya: 108; Pakistan: 107; Birləşmiş Ərəb Əmirlikləri: 104; Hindistan: 96; Səudiyyə Ərəbistanı: 95.
Ümumi xərçəng növləri melanoma, sidik kisəsi xərçəngi, döş xərçəngi, yoğun və düz bağırsaq xərçəngi, böyrək xərçəngi, leykemiya, qaraciyər xərçəngi, ağciyər xərçəngi, mədəaltı vəzi xərçəngi, pankreas xərçəngi, prostat xərçəngi və qalxanvari vəzi xərçəngi xərçəngdir.