Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real" Mbappenin transferi üçün yeni plan qurdu

Tarix: 3 Yanvar 2024 22:34

"Real Madrid" rəhbərliyi PSJ-nin hücumçusu Kilian Mbappenin Los Blankos düşərgəsinə transferini həyata keçirmək üçün yeni plan hazırlayıb.

Milli.Az metbuat.az-a istinadla bildirir ki, hazırlanmış strategiyanın təfərrüatları açıqlanmasa da, Madrid komandasının tezliklə planın bəndlərini həyata keçirməyə başlayacağı qeyd olunur.

Bu mövsüm Mbappe PSJ-nin heyətində bütün turnirlərdə 22 matçda iştirak edib, burada 21 qol vurub və 2 məhsuldar ötürmə verib. Oktyabrın sonunda Mbappe "Qızıl top" üçün səsvermədə müvafiq olaraq ingilis "Mançester Siti"dən Erlinq Haalada və "İnter Mayami"dən Lionel Messiyə uduzaraq üçüncü olub.

Milli.Az


Etiketlər:  Real Mbappenin transferi üçün yeni plan qurdu


RƏYLƏR