Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Milan”ın əfsanəsi Azərbaycan millisindən gələn təklifi geri çevirdi

“Milan”ın əfsanəsi Azərbaycan millisindən gələn təklifi geri çevirdi

Tarix: 4 Yanvar 2024 19:46

Ötən ilin dekabrında Canni De Byazi ilə vidalaşan AFFA rəhbərliyi tanınmış şəxsi milliyə gətirmək istəyib.

Milli.Az bildirir ki, bu barədə sportinfo.az-a federasiya rəhbərliyinə yaxın şəxslər məlumat veriblər.

Onların bildirdiyinə görə, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov Andrey Şevçenkonu Azərbaycan yığmasında görmək niyyətinə düşüb.

Yeni baş məşqçinin müəyyənləşdirilməsi məqsədilə yaradılan İşçi Qrupunun sədri ukraynalı məşhurla əlaqə saxlanılmasını və şərtlərinin öyrənilməsini tapşırıb.
Şeva Bakıdan edilən zəngi müsbət cavablandırmayıb. Kiyev "Dinamo"su və "Milan"dakı çıxışıyla dünyaya səs salmış keçmiş hücumçu təklifi geri çevirib.
O, Ukrayna Futbol Assosiasiyasının (UFA) prezidenti olmağa hazırlaşdığını, bir daha məşqçi olaraq çalışmağı planlaşdırmadığını bildirib.

Bugünlərdə UFA-nın prezidenti vəzifəsinə namizədlərin qeydiyyatı ilə bağlı yaradılmış İşçi Qrupun növbəti iclası keçirilib.

Milli.Az


Etiketlər:  Milanın əfsanəsi Azərbaycan millisindən gələn təklifi geri çevirdi


RƏYLƏR