Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2024 03:02
Muhəmməd peyğəmbər (s. a. v.) bir hədisdə belə dedi:
- Sizə (yanında məhrəmi olmayan) qadınların yanına getməyi qadağan edirəm.
Bu sözdən sonra Ənsardan bir nəfər soruşdu:
- Ey Allahın elçisi! Bəs (ərin ataları və oğullarından başqa o biri) kişi qohumları necə?
Rəsulullah cavab verdi:
- Onlarla xəlvət (təkbaşına qalmaq, xəlvəti yerdə qalmaq) ölümdür. ((Buxari, Nikah, 112; Müslim, Salam, 8/2171.))
Hədisin mətnindəki həmv sözü Ərəb dilində ərin kişi qohumlarını bildirən bir sözdür (qayın, ərin əmisi oğlu və sairə kimi).
Bu məsələ ilə əlaqədar digər bir hədis aşağıdakı kimidir:
"Bundan sonra heç bir kişi təkbaşına olan bir qadının yanına daxil olmasın. Yanında 1-2 nəfər olsa, girə bilər". ((Müslim, Salam, 8/2173.))
Əgər yuxarıdakı iki hədisi birlikdə qiymətləndirsək, görərik ki, bir kişinin bir otaqda (qapalı yerdə) təkbaşına olan bir qadının yanına girməyi qadağan edilib. Ərin kişi qohumları ilə xəlvəti bir yerdə qalmağın daha təhlükəli və fitnə-fəsada səbəb olmağına görə peyğəmbərimiz (s. a. v.): "Həmv, yəni, qadının təkbaşına ərinin kişi qohumları ilə qalmağı ölümdür", - demişdir. Qadın təsəttürlü (hicablı) olduğu halda, açıq bir yerdə və yaxud üçüncü şəxs və şəxslərin də olduğu bir yerdə yaxın qohumları ilə qala bilər.