Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2024 09:18
Qəzza hökumətinin mətbuat xidmətindən verilən açıqlamada, İsrailin Qəzzaya 90 gündür davam edən hücumlarında 9 min 730 uşaq və 6 min 830 qadının həyatını itirdiyi bildirilib.
Sonxeber.net xəbər verir ki, Qəzzada 70 faizi qadın və uşaq olmaqla 7 min nəfərin hələ də dağıntılar altında qaldığı və ya itkin düşdüyü bildirilərkən, xəstəxanalara çatan cəsədlərin sayı 22 min 438 nəfərdir. 57 min 614 nəfər isə yaralanıb.
İsrail ordusu Qəzzada indiyədək 326 səhiyyə işçisini və 42 mülki müdafiə əməkdaşını qətlə yetirib.
Oktyabrın 7-dən bu yana İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 106 jurnalist həyatını itirib.
İsrail ordusunun 2,3 milyon əhalisi olan Qəzza zolağında 99 səhiyyə işçisi və 10 jurnalisti saxladığı, 1,9 milyon insanın didərgin düşdüyü vurğulanıb.
Köçkün fələstinlilərin sığındığı izdihamlı yerləşdirmə mərkəzlərində qeyri-insani vəziyyət hökm sürür. Bu səbəbdən məcburi köçkünlər arasında 355 min yoluxucu xəstəlik halı qeydə alınıb.
İsrail ordusu 130 dövlət obyekti və 93 məktəb və universiteti dağıdıb, 292 məktəb və universitetə isə qismən ziyan dəyib.
Qəzzadan kənarda ilk növbədə təcili müalicəyə ehtiyacı olan 6 min adamın olduğu, lakin indiyədək Qəzzanı müalicə üçün tərk edənlərin sayının 645 olduğu bildirilib.
Qəzzada qeyri-kafi səhiyyə xidmətləri səbəbiylə 10 min xərçəng xəstəsinin ölüm riski altında olduğu vurğulanıb.
İsrail ordusu Qəzzada 122-si tamamilə dağıdılmış 218 məscidə ziyan vurub, 3 kilsəni hədəfə alaraq onların dağılmasına səbəb olub.
İsrailin hücumlarında 65 min evin tamamilə dağıldığı, ümumilikdə 290 min evin zərər gördüyü paylaşılıb.
İsrailin Qəzzada 150 səhiyyə müəssisəsini hədəfə aldığı, 53 sağlamlıq mərkəzini və 30 xəstəxananı xidmətdən çıxardığı, 121 təcili yardım maşınını yararsız hala gətirdiyi bildirilib.
İsrail də Fələstinin mədəni irsini hədəf alıb və Qəzzada 200 tarixi və mədəni obyekti məhv edib.
Açıqlamada həmçinin vurğulanıb ki, İsrail ordusu 7 oktyabrdan bəri Qəzzaya 65 min tondan çox partlayıcı ilə hücum edib.