Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həftənin ilk iş günü 22 dərəcə isti olacaq

Həftənin ilk iş günü 22 dərəcə isti olacaq

Tarix: 11 Noyabr 2019 12:48

Bakı. Trend:

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman müşahidə ediləcək.

Şimal-qərb küləyi əsəcək. Abşeron yarımadasında gecə 9-13° isti, gündüz 17-21° isti, Bakıda gecə 10-12° isti, gündüz 18-20° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək, 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Rayonlarda əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti təşkil edəcək.


Etiketlər:  Həftənin ilk günü 22 dərəcə isti olacaq


RƏYLƏR