Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2024 02:02
Sual: Sizin yuxu görməklə əlaqədar cavablarınızdan birində deyilir ki, bir hədisə əsasən pis yuxu şeytandan irəli gəlir, onu heç kimə danışmayın, yoxsa sizə ziyanı toxunar. Mən özüm bu yaxınlarda çox pis bir yuxu gördüm. O yuxunu bir nəfərə danışmışam. Belə olan halda, həmin yuxu mənə xətər yetirəcək?
Yuxular insana ziyan vermir. Sadəcə olaraq insanın əhvalını korlayıb kefini pozur. Yuxunun ziyan vurub vurmamağı onu kiməsə danışıb danışmamaqdan asılı deyil. Əgər insan yaxşı bir yuxu görübsə və onu dost-tanışa danışırsa, buradakı məqsəd sevinci bölüşməkdir. Eynilə bunun kimi, pis yuxunu ona görə danışmırlar ki, eşidən-bilən bundan təsirlənib dilxor olmasın.