Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2024 18:32
Türkiyənin Manisa vilayətində tək yaşayan 85 yaşlı Ülviyyə Eskici evində boğazı kəsilmiş halda tapılıb.
Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, dəhşətli qətli araşdıran polislər talehsiz qadının qonşusunu saxlayıb.
Boynunda qan izi olan Ülviye Eskicini ölü tapan Muxtar Məsut Ergüven dərhal polisə və təcili yardıma məlumat verib. Boğazı kəsilərək öldürüldüyü təsbit edilən Eskicinin cəsədi yarılma üçün İzmir Ədli Tibb Qurumuna göndərilib. Hadisədən sonra Ülviyyə Eskici ilə eyni yaşayış binasında yaşayan 33 yaşlı qonşusu T.K. polis tərəfindən nəzarətə alınıb.
İki uşaq anası Ülviyyə Eskici bu gün dəfn edilib.