Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2024 21:26
Futbol üzrə dünya çempionu Frans Bekkenbauer 78 yaşında vəfat edib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Spiegel" qəzeti yazır.
Bekkenbauer Almaniya millisinin tərkibində 1974-cü ildə dünya çempionu və 1972-ci ildə Avropa çempionatının qalibi olub.
O, həmçinin Almaniya çempionatını və kubokunu dörd dəfə qazanıb, üç dəfə Avropa Kubokunun qalibi olub.
Bekkenbauer futbol tarixinin ən yaxşı müdafiəçilərindən biri hesab olunur. O, iki dəfə - 1974 və 1976-cı illərdə müdafiəçi "Qızıl top"u qazanan yeganə oyunçudur.