Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin Rusiyaya elektrik avadanlıqları ixracı 651 milyon dolları ötüb

Türkiyənin Rusiyaya elektrik avadanlıqları ixracı 651 milyon dolları ötüb

Tarix: 10 Yanvar 2024 11:00

Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Rusiyaya elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 32,1 faiz artıraraq 651,1 milyon dollara çatdırıb.

Milli.Az bildirir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Noyabr ayında Türkiyə Rusiyaya elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 30,8 faiz azaldaraq 45,3 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 16,2 milyard dollara bərabər olub.

Bu ilin dekabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,1 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Milli.Az


Etiketlər:  Türkiyənin Rusiyaya elektrik avadanlıqları ixracı 651 milyon dolları ötüb


RƏYLƏR