Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2024 00:24
Zoğalın faydalı xüsusiyyətlərini hər zaman eşidir və bilirik.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu dəfə endokrinoloq Zuxra Pavlova zoğalın faydalı xüsusiyyətlərindən danışıb.
Həkim bildirib ki, bu giləmeyvənin müntəzəm istehlakı ölüm ehtimalını 31% azaldır. Belə ki, zoğalın tərkibində orqanizm üçün çoxlu vacib elementlər və bakteriyaların çoxalmasının qarşısını alan xüsusiyyətlərə malik fenol var.
Pavlova, zoğalın pəhrizə əlavə edilməsinin çox faydalı olmasını da vurğulayıb. Endokrinoloq xəbərdarlıq edib ki, zoğalı çox istehlak etmək və həddi aşmaq olmaz. Həddindən artıq bu giləmeyvəni yemək mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Təzə zoğalın tövsiyə olunan dozası gündə 100 qramdan çox deyil və ya iki yemək qaşığı qurudulmuş zoğaldır.