Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Toronto aeroportunda sərnişin təyyarədən yerə yıxılıb

Toronto aeroportunda sərnişin təyyarədən yerə yıxılıb

Tarix: 11 Yanvar 2024 00:38

Torontodan Dubaya uçan "Air Canada" aviaşirkətinə məxsus təyyarəsinin sərnişini kabinədəki təcili çıxış qapısını açıb və uçuş-enmə zolağına yıxılıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə yanvarın 8-də təyyarə Pirson Beynəlxalq Hava Limanı yaxınlığında olarkən baş verib.

Sərnişin yıxılarkən xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım və polis cəlb olunub.

Aviaşirkətdən verilən ilkin məlumata görə, sərnişin təyyarəyə daxil olsa da, yerində oturmayıb. Əvəzində hansısa naməlum səbəbdən təcili çıxış qapısını açıb və aşağı yıxılıb. "Xoşagəlməz olaya baxmayaraq, təyyarə elə həmin gün Torontodan Dubaya, cüzi gecikmə ilə olsa da, uça bilib", - şirkətdən qeyd edilib.

Milli.Az


Etiketlər:  Toronto aeroportunda sərnişin təyyarədən yerə yıxılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ