Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin Azərbaycana elektrik avadanlıqları ixracı 263 milyon dolları ötüb

Türkiyənin Azərbaycana elektrik avadanlıqları ixracı 263 milyon dolları ötüb

Tarix: 11 Yanvar 2024 11:46

Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycana elektrik avadanlıqları ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26,6 faiz artıraraq 263,8 milyon dollara çatdırıb.

Sonxeber.net-ın məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Noyabr ayında Türkiyə Azərbaycana elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 57,5 faiz artıraraq 31,2 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 16,2 milyard dollara bərabər olub.

Bu ilin dekabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da 2022-ci ilin noyabr ayı ilə müqayisədə 2,1 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.


Etiketlər:  Türkiyənin Azərbaycana elektrik avadanlıqları ixracı milyon dolları ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ