Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2024 16:20
Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Qazaxıstana hazır geyim məhsulları ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 47,3 faiz artıraraq 368,1 milyon dollara çatdırıb.
Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2023-cü ilin dekabr ayında Türkiyə Qazaxıstana hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 22,5 faiz azaldaraq 15,2 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azalaraq, 19,3 milyard dollara bərabər olub.
2023-cü ilin dekabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 14,6 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 19,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.