Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2024 21:36
İlk fincan qəhvəni oyandıqdan bir saatdan tez olmayaraq içmək daha yaxşıdır.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, dərc olunan araşdırma məlumatlarında deyilir.
Belə ki, dietoloq Amanda Mauzer səhər saat 9.30-a qədər ilk qəhvədən imtina etməyi məsləhət görür. O, deyir ki, səhər qəhvə içməzdən əvvəl bir az gözləsəniz, maksimum enerji artımı əldə edə və əsəb gərginliyindən qaça bilərsiniz.
Çünki insan yuxudan oyananda yüksək səviyyədə kortizol (stress hormonu) olur və qəhvə içmək onu daha da artırır. Beləliklə, bədən üçün stresli bir vəziyyət yaranır.
Mütəxəssislərin fikrincə, gecə yaxşı istirahət üçün yatmazdan 6-8 saat əvvəl kofeindən imtina etmək lazımdır.