Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Milas-Bodrum Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı artdı

Milas-Bodrum Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı artdı

Tarix: 13 Yanvar 2024 13:32

2023-cü ilin dekabr ayında Türkiyənin Muğla şəhərində yerləşən Milas-Bodrum Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 4 faiz artaraq, 4 milyon 56 min 447 nəfər olub.

Milli.Az bildirir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 11 faiz artaraq 2 milyon 268 min 808 nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz azalaraq 1 milyon 787 min 639 nəfər təşkil edib.

2023-cü ilin dekabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq 43 min 335 ton təşkil edib. Bununla yanaşı, dekabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 19 min 612 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 4 faiz azalaraq, 23 min 723 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin dekabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 38 min 784 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 19 faiz artaraq 22 min 531, beynəlxalq reyslər üzrə isə 2 faiz azalaraq 16 min 253 olub.

2023-cü ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Milli.Az


Etiketlər:  Milas Bodrum Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı artdı


RƏYLƏR