Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Makiyajdan imtina edən model bu görünüşü ilə heyrətləndirdi - FOTOlar

Makiyajdan imtina edən model bu görünüşü ilə heyrətləndirdi - FOTOlar

Tarix: 13 Yanvar 2024 16:06

Kanada əsilli amerikalı aktrisa və model Pamela Anderson makiyajsız görünüşü ilə pərəstişkarlarını heyrətləndirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Baywatch" ulduzu müvafiq paylaşımı özünün "Instagram" hesabından edib.

Görüntülər 130 mindən çox bəyənilib. Şərhlərdə pərəstişkarları modelin təbii gözəlliyindən heyranlıqlarını ifadə ediblər, yaşına baxmayaraq hələ də dünyanın ən gözəl qadınlarından biri olduğunu vurğulayıblar.

Qeyd edək ki, Pamela Anderson vizajist Aleksis Vogellə işbirliyinə son qoyduqdan sonra makiyajdan imtina etdiyini deyib.

Milli.Az


Etiketlər:  Makiyajdan imtina edən model bu görünüşü ilə heyrətləndirdi FOTOlar


RƏYLƏR