Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni kəşf: Türkiyədə 1570 metr yüksəklikdə tapıldı - FOTO

Yeni kəşf: Türkiyədə 1570 metr yüksəklikdə tapıldı - FOTO

Tarix: 14 Yanvar 2024 01:02

Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində yeni bitki növü kəşf edilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, həmin bitki Konyada aşkar edilib.

Təbiəti gəzməyi sevən biologiya mütəxəssisi Fulya Öztaş, Necmettin Erbakan və Haydar Öztaş gördükləri bitkilərin şəklini çəkərək araşdırdıqlarını bildiriblər.

2021-2023-cü illər arasında Konyada bir dağlıq ərazidə ilk dəfə gördükləri bir çiçək üzərində araşdırma aparıblar.

Həmin bitki iri soğanaqlı, yastı yarpaqlı, qısa gövdəli, konusvari çiçəkli və uzun saplı çiçəkdən ibarət olub. Bitkidən nümunələr götürülüb. Laboratoriya araşdırmaları nəticəsində bunun elmə məlum olmayan bir bitki növü olduğu sübut edilib.

Elmə yeni bir bitki növünün gətirildiyini bildirən Prof. Dr. Fulya Öztaş belə bir açıqlama verib:

"Mayın sonunda Konya ətrafındakı yüksək dağların zirvələrində çiçək açır. Çox əzəmətli və gözəl görünüşü var. Bu çiçəyə 1570 metr hündürlükdə bir təpədə rast gəldik. Botanika alimləri ilə fikir mübadiləsi apardıq. Aparılan araşdırmalar nəticəsində məlum oldu ki, bu yeni növdür"- deyə, mütəxəssis bildirib.

Milli.Az


Etiketlər:  Yeni kəşf Türkiyədə 1570 metr yüksəklikdə tapıldı FOTO


RƏYLƏR